Məktəblərdə vahid geyim qaydaları ilə bağlı bəyanat
Məktəblərdə vahid geyim qaydaları ilə bağlı Azərbaycan Gənc Müəllimlər Assosiasiyası bəyanat yayıb.
Adalet.az xəbər verir ki, bəyanatda deyilir:
"Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) məktəblərdə geyim qaydalarının tətbiqinə təhsilin keyfiyyəti, pedaqoji etika və sağlam təhsil mühitinin formalaşdırılması baxımından yanaşılmasının vacibliyini vurğulayır.
Məktəb bilik və bacarıqların formalaşdırıldığı məkan olmaqla yanaşı, uşaqların şəxsiyyət kimi inkişaf etdiyi, sosial münasibətləri mənimsədiyi və məsuliyyət hissinin formalaşdığı mühüm tərbiyə ocağıdır. Bu baxımdan məktəbdə tətbiq olunan qaydalar, o cümlədən geyim tələbləri vahid yanaşmanın təmin edilməsinə, nizam-intizamın qorunmasına və təhsilalanlar üçün bərabərhüquqlu təhsil mühitinin yaradılmasına xidmət edir.
AGMA hesab edir ki, geyim qaydalarının düzgün və uğurlu tətbiqi məktəb rəhbərliyinin, müəllimlərin, valideynlərin və şagirdlərin qarşılıqlı əməkdaşlığını tələb edir. Bu məqsədlə qaydaların mahiyyəti və tətbiq mexanizmi aydın izah edilməli, yaranan suallar qarşılıqlı hörmət, anlayış və açıq dialoq əsasında müzakirə olunmalıdır. Məktəb rəhbərləri və müəllimlər qaydaların izahı və tətbiqi zamanı peşəkar, vahid və həssas yanaşma nümayiş etdirməli, şagirdlərin ləyaqətinin və hüquqlarının qorunmasını əsas tutmalıdırlar. Valideynlərin də narahatlıqlarını konstruktiv dialoq çərçivəsində ifadə etmələri, məsələyə qüvvədə olan normativ hüquqi aktların tələbləri əsasında yanaşmaları xahiş olunur.
Müəllimlərin peşəkar davranışı və xarici görünüşü də məktəbdə formalaşan ümumi mühitin bir hissəsidir. Müəllim öz davranışı, ünsiyyət mədəniyyəti, məsuliyyəti və geyimi ilə peşəkar mövqeyini nümayiş etdirməli, şagirdlərə nümunə olmalıdır.
AGMA bir daha bəyan edir ki, məktəblərdə müəyyən edilmiş geyim qaydalarına riayət olunması vacibdir. Bu prosesdə bütün tərəflərin məsuliyyətli davranışı, qarşılıqlı hörmət və əməkdaşlıq əsas şərtlərdir", - deyə qeyd olunub.
Digər Xəbərlər
30 Oktyabr 2026 17:14
Ədliyyə Nazirliyinin Probasiya xidməti Azərbaycan Universitetində seminar keçirib
30 Oktyabr 2026 16:00
Dövlət Dəniz Akademiyasının idarəçiliyi ona həvalə edildi
29 Oktyabr 2026 20:12
Ali məktəb tələbələri üçün “İctimai diplomatiya” adlı dərslik çap olunub
28 Oktyabr 2026 23:57
Məktəbdəki insident nəzarətə GÖTÜRÜLDÜ - RƏSMİ
28 Oktyabr 2026 17:47
Şagirdin öldüyü məktəbə psixoloqlar cəlb olunub
28 Oktyabr 2026 10:23
“Niyə məktəbdə qazanılan biliklər qəbul sistemində daha böyük rol oynamasın?”
28 Oktyabr 2026 10:19
Şagirdlərin elektron yerdəyişməsinə başlanılır
27 Oktyabr 2026 15:32


Bakı -°C

