MEDİA: Süni intellekt və rəqəmsallaşma media fəaliyyətinə ciddi təsir göstərir
Jurnalist müəyyən mövzu üzrə yazarkən həmin sahənin terminologiyasını, əsas aktorlarını, ekspertlərini və müvafiq dövlət qurumlarının səlahiyyətlərini bilməlidir. Bu, problemlərin mahiyyətini düzgün anlamağa və vətəndaş müraciətlərini peşəkar şəkildə təhlil etməyə imkan verir.
Adalet.az xəbər verir ki, bu fikirləri Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli “A-dan Z-yə internet: media üçün praktik təlim”də çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Medianın İnkişafı Agentliyi artıq 5 ildir ki, cəmiyyətin media savadlılığının yüksəldilməsi istiqamətində proqramlar həyata keçirir və minlərlə insan bu təşəbbüslərə cəlb olunub.
N.Məmmədli vurğulayıb ki, dezinformasiyanın yayılma risklərinin artdığı şəraitdə vətəndaşların xəbərin doğruluğunu qiymətləndirmə bacarıqlarının gücləndirilməsi prioritetdir: “Süni intellekt və rəqəmsallaşma media fəaliyyətinə ciddi təsir göstərir və jurnalistlər üçün informasiya etibarlılığının yoxlanması daha da əhəmiyyət kəsb edir”.
Digər Xəbərlər
14 Aprel 2026 19:42
Medianın İnkişafı Agentliyində Monqolustan nümayəndə heyəti ilə görüş keçirilib
10 Aprel 2026 16:00
MEDİA sosial şəbəkədə Azərbaycandan Körfəz ölkələrinə raket atılması iddialarını təkzib etdi
08 Aprel 2026 12:53
MEDİA-da Qazaxıstan nümayəndə heyəti ilə görüş keçirilib - FOTOLAR
07 Aprel 2026 13:32
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib
06 Aprel 2026 16:39
Faiq Qismətoğlu milli mətbuatın 150 illik medalını aldı
31 Mart 2026 15:15
Xarici media subyektlərinin filialının qeydiyyatına dair tələb müəyyənləşdi
30 Mart 2026 18:24
MEDİA nümayəndələri Türkiyədə Dezinformasiya ilə Mübarizə Mərkəzini ziyarət ediblər
28 Mart 2026 13:04


Bakı -°C

