MEDİA-da Özbəkistan nümayəndə heyəti ilə görüş keçirildi - FOTOLAR

29 sentyabr tarixində Medianın İnkişafı Agentliyində (MEDİA) II Azərbaycan – Özbəkistan Media Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan Özbəkistan nümayəndə heyəti ilə görüş keçirilib.
Bu barədə Adalet.az-a Medianın İnkişafı Agentliyindən məlumat verib.
Görüşdə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında media sahəsində əməkdaşlığın inkişafı üzrə “Yol Xəritəsi”ndən irəli gələn məsələlərin icrasından bəhs edib, iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən media sferasında münasibətlərin uğurla inkişaf etdiyini diqqətə çatdırıb. O bildirib ki, qarşılıqlı təcrübə və informasiya mübadiləsi, birgə layihələrin təşkili, həmçinin peşəkar kadrların inkişafına yönəlmiş təşəbbüslər əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə xidmət edir.
Özbəkistan nümayəndə heyətinin rəhbəri Özbəkistan Respublikası Prezidenti Administrasiyasının Kommunikasiya şöbəsinin sektor müdiri Dilşod Saidjanov Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq münasibətlərinin medianın inkişafı sahəsində də mühüm nəticələr verdiyini qeyd edib, informasiya mübadiləsinin intensivləşməsi və birgə media layihələrinin həyata keçirilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, ənənəvi media forumlar iki qardaş ölkənin media sahəsində yeni əməkdaşlıq imkanlarını müəyyənləşdirmək və gələcək hədəfləri birgə planlaşdırmaq baxımından xüsusi əhəmiyyət kəsb edir.
Digər Xəbərlər

MEDİA və Mətbuat Şurası başsağlığı yayıb

Gəncliyə Yardım Fondunda Milli Mətbuatın 150 illiyi münasibətilə görüş keçirildi

Bakıda II Azərbaycan-Özbəkistan Media Forumu keçirilib - YENİLƏNİB

"Bu forum xalqlarımız arasında qardaşlığın bariz nümunəsidir" - İsmət Səttarov

"Son illər bu istiqamətdə mühüm addımlar atılıb" - Əhməd İsmayılov

Medianın İnkişafı Agentliyində Anım Gününə həsr olunan tədbir keçirilib, Zəfər parkı ziyarət edilib

MEDİA və ADA-nın birgə təşkilatçılığı ilə “Visiting Lecturer” layihəsi üzrə dərslərə başlanıb - FOTOLAR
