adalet.az header logo
  • Bakı -°C
30 Aprel 2026 12:27
133
DÜNYA
A- A+

Makron Gümrüdə konsertə qatılacaq

Fransa Prezidenti Emmanuel Makron mayın 5-də dövlət səfəri çərçivəsində Ermənistanın Gümrü şəhərində olacaq.

Adalet.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yazıb. 

Onun Gümrüdə keçiriləcək konsertdə iştirak edəcəyi deyilir. 

Hökumət konsertin təşkili üçün təxminən bir milyon dollardan çox vəsait ayıracaq: "5 mayda Gümrüdəki Vardanants meydanında Ermənistan və Fransa arasındakı dostluğa və mədəni əməkdaşlığın dərinləşməsinə həsr olunmuş böyük bir konsertin təşkili planlaşdırılır".