adalet.az header logo
  • Bakı -°C
20 Aprel 2026 11:52
154
DÜNYA
A- A+

Lukaşenko: "İmperator Putin və Trampdır"

Belarus prezidenti Aleksandr Lukaşenko RT-yə müsahibəsində RF-nın prezidenti Vladimir Putini və ABŞ prezidenti Donald Trampı imperator adlandlrıb.

 "Mən həmişə, xüsusiylədə indi ümumxalq rəğbətini  qazanmağa cəhd etməmişəm. Mən, Donald Tramp və Vladimir Putin kimi imperator deyiləm. Onlar rəğbət qazanmaq üçün istədiklərini edə, müzakirə apara bilərlər"- deyə Lukaşenko bəyan edib.

 Belarus prezidendi bildirib ki, qədb mətbuatının onun barəsində yazılan "Avropanın sonuncu diktatoru" və sairə çirkin kimi sözlərə reaksiya vermirəm. Sadəcə deyirəm ki, "Onda tələsməyin, çünki mən Avropanın sonuncu diktatoruyam".

 Lukaşenko əlavə edib ki, onun nəyisə "diktə etmək" resursları yoxdur. "Trampın belə resursları var, ona görə də, Venesuelaya, Kubaya, hazırda İrana, Çinə diktə edir və ya etmək istəyir"... "Ümumiyyətlə diktatura sonda dağılmağa və məğlubiyyətə düçar olur"- deyə Belarus prezidenti bildirib.

  Rüstəm Hacıyev