adalet.az header logo
  • Bakı -°C
31 Oktyabr 2026 10:47
149
DÜNYA
A- A+

Hakan Fidan Rubio ilə görüşdü

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-ın dövlət katibi Marko Rubio ilə görüşüb.

Adalet.az xəbər verir ki, görüş oktyabrın 30-da Atlantada G20 ölkələrinin xarici işlər nazirlərinin toplantısı çərçivəsində baş tutub.

Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, tərəflər ikitərəfli məsələlərlə yanaşı, ABŞ və İran arasında danışıqlar prosesini, Qəzzadakı vəziyyəti, Rusiya-Ukrayna müharibəsini və digər regional məsələləri müzakirə ediblər.