İtkin şəhidimizlə vida mərasimi keçirildi - FOTO
Birinci Qarabağ müharibəsində itkin düşmüş sayılan və şəxsiyyəti müəyyənləşdirilən şəhid Ələddin Həzi oğlu Həziyevlə vida mərasimi keçirilib.
Adalet.az xəbər verir ki, vida mərasimində hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin ailə üzvləri və rayon ictimaiyyəti iştirak edib.
Şəhidimiz Füzuli rayonu, İşıqlı kənd qəbiristanlığı, şəhidlər cərgəsində torpağa tapşırılacaq.


Bakı -°C

