İsrail Livanda SEPAH-ın yüksək rütbəli komandirini məhv etdi
İsrail Müdafiə Ordusu (IDF) Livana zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli komandirinin məhv edildiyini açıqlayıb.
Adalet.az xəbər verir ki, bu barədə Ordunun mətbuat xidməti "X" hesabında məlumat yayıb.
"Bu gün Livanın Nabatiya rayonunda IDF və ŞABAK son illərdə Suriya-Livan istiqamətində İsrailə qarşı planların hazırlanmasında və təşviqində iştirak edən SEPAH-ın əsas döyüşçülərindən biri Hüseyn Mahmud Marşad əl-Coharini məhv edib", - məlumatda deyilir.
Qeyd olunur ki, o, SEPAH-ın xarici əməliyyatlarının planlaşdırılması və koordinasiyasına görə məsul olan "840-cı bölmə"nin tərkibində fəaliyyət göstərib.
Digər Xəbərlər
25 Dekabr 2025 19:43
Bakı-İrəvan dialoqu ilə bağlı rəsmi Moskvadan açıqlama
25 Dekabr 2025 19:11
Rusiya vətəndaşlarını bu ölkəyə səyahətdən çəkinməyə ÇAĞIRDI
25 Dekabr 2025 17:26
Baydenin oğlu Ukraynanı ilan yuvası adlandırdı
25 Dekabr 2025 10:22


Bakı -°C

