İsmayıllıda taksi sürücüsünə hücum edib, avtomobili qaçırdılar
İsmayıllıda taksi sürücüsünə qarşı quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
Adalet.az xəbər verir ki, naməlum şəxslər müştəri qismində mindikləri taksi sürücüsünə xəsarət yetirərək onun nəqliyyat vasitəsini ələ keçirib və hadisə yerindən uzaqlaşıblar.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, tədbirlərlə həmin avtomobil digər ərazidə tərk edilmiş vəziyyətdə aşkarlanıb.
Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 49 yaşlı Pünhan Qurbanov və 44 yaşlı Tərlan Yusubov paytaxt ərazisində gizləndikləri yer müəyyən edilərək saxlanılıblar.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Digər Xəbərlər
21 Aprel 2026 17:09
Azərbaycanda təhdid xarakterli paylaşımlar edən məktəbli saxlanıldı
21 Aprel 2026 16:48
Su sayğacında gizlədilən açarı tapıb evi soydular
21 Aprel 2026 15:29
DİN və DSX-dən əməliyyat - Bir nəfər həbs edildi - VİDEO
21 Aprel 2026 10:19
Xocalıda müsadirə olunmuş narkotik məhv edildi
20 Aprel 2026 10:45
Cinayətdə şübhəli bilinən 88 nəfər saxlanıldı
18 Aprel 2026 13:03
Cinayətdə şübhəli bilinən 57 nəfər saxlanılıb
17 Aprel 2026 17:19
Keçmiş arvadını qətlə yetirib evi və maşını partlatdı - Bakıda dəhşət
17 Aprel 2026 09:51


Bakı -°C

