İranın Baş prokuroru humanitar yardımlara görə İlham Əliyevə təşəkkür edib
İranın Baş prokuroru Məhəmməd Kazım Movahedi-Azad regionda baş verən son hadisələr fonunda Azərbaycan tərəfindən göstərilən humanitar yardımlara görə Prezident İlham Əliyevə xüsusi minnətdarlığını bildirib.
Adalet.az xəbər verir ki, bunu o, azərbaycanlı həmkarı Kamran Əliyevlə İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Baş prokurorlarının 7-ci iclası çərçivəsindəki görüşündə deyib.
İki ölkənin prokurorluq orqanları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, peşəkar təcrübə və məlumat mübadiləsinin genişləndirilməsi, habelə qarşılıqlı hüquqi yardım mexanizmlərindən daha səmərəli istifadə imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Eyni zamanda, regionda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, terrorçuluğa, narkotik vasitələrin qanunsuz dövriyyəsinə və digər transmilli cinayətkarlıq formalarına qarşı mübarizədə birgə fəaliyyətin gücləndirilməsinin vacibliyi vurğulanıb.
Digər Xəbərlər
15 Sentyabr 2026 11:26
Türkiyə XİN Azərbaycanı təbrik edib
15 Sentyabr 2026 10:28
”Diplomatların Qarabağa səfəri ətrafında manipulyasiya yaratmaq yolverilməzdir”
15 Sentyabr 2026 09:43
"Bakının azad edilməsi dövlətçilik mübarizəsində mühüm dönüş nöqtəsi oldu" - XİN
14 Sentyabr 2026 19:58
İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı
14 Sentyabr 2026 18:37
Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalandı - FOTO
14 Sentyabr 2026 18:26
İlham Əliyev BƏƏ-nin milli təhlükəsizlik müşavirini qəbul etdi
14 Sentyabr 2026 17:41
Milli Məclisin sədri Qoşulmama Hərəkatının Gənclər Təşkilatının Baş Qərargahında çıxış edib
14 Sentyabr 2026 17:35


Bakı -°C

