İrandan Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısı alındı - FOTO

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı Dövlət Sərhəd Xidmətinin(DSX) Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində may ayının 1-də 16 kiloqram 550 qram, mayın 2-də isə 8 kiloqram 118 qram narkotik vasitə marixuananın qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb.
Bu barədə Adalet.az-a DSX-nin mətbuat mərkəzindən bildirilib.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Digər Xəbərlər

Sosial şəbəkələrdə gəlir qazanmaq vədi ilə 51 min manatlıq dələduzluq edildi

İki qardaș narkotikə görə tutuldu

Polis əməliyyat keçirdi - 6 kq narkotik vasitə aşkarlandı

Cinayətdə şübhəli bilinən 77 nəfər saxlanıldı

Kartlardan 46 min manatdan çox pul oğurlandı

Silah-sursat daşıyan və narkotik vasitənin təsirində olan "BMW" sürücüsü tutuldu

Polis Sarayda əməliyyatlar keçirdi - Saxlanılanlar var - VİDEO
