05 May 2025 12:36
108
KRİMİNAL

İki qardaș narkotikə görə tutuldu

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti tədbir zamanı əvvəllər məhkum olunmuşlar, Tahir və Mahir Məmmədov qardaşları saxlanılıblar.

Adalet.az xəbər verir ki, onlardan satış məqsədi əldə etdikləri 1 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.