"İran bir neçə həftəyə nüvə silahı yarada bilər" - Ağ Ev

İran rəhbərliyi əmr verərsə, bir neçə həftə ərzində nüvə silahı yarada bilər.
Adalet.az xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi brifinqdə Ağ Evin mətbuat katibi Kerolayn Levitt bildirib.
"İranın nüvə silahı əldə etmək üçün lazım olan hər şeyi var. Bunun üçün Ali Rəhbərin qərarı lazımdır. Bu silahların istehsalı bir neçə həftə çəkəcək", - deyə sözçü bildirib.
O, belə bir ssenarinin təkcə İsrail və ABŞ üçün deyil, bütün dünya üçün ekzistensial təhlükə olacağını vurğulayıb.
Onun sözlərinə görə, bütün dünya, o cümlədən Rusiya Tehranın nüvə silahı əldə etməməsi ilə razılaşır.
İsraillə İran arasında eskalasiya iyunun 13-nə keçən gecə İsrail dövlətinin İran ərazisindəki nüvə və hərbi obyektlərə hücumu ilə başlayıb.
Digər Xəbərlər

DTX bu rayonda əməliyyat keçirdi - İcra başçısı saxlanıldı

Bakıda keçirilən Ombudsmanların Beynəlxalq Simpoziumunda Böyük Qayıdışla bağlı məlumat verilib

“Böyük Qayıdışda bərabərik” adlı maarifləndirmə tədbiri keçirilib

DİN: Bakıda UFC turnirində təhlükəsizlik təmin olunur

Pakistan İrandakı səfirliyinin əməkdaşlarını Azərbaycana təxliyə edib

Azərbaycanın qatı düşməni həbs edildi: Rusiyalı milyarder
jpg-1750403462.jpg)
Öz gözündə "tir"i görməyən Peskov, Yaxın Şərqdə "qıl" axtarışında
