İpoteka kreditlərinin 78 faizi Bakının payına düşür

"Ümumilikdə İpoteka və Kredit Zəmanət Fondunun tələblərinə uyğun olaraq müvəkkil banklar tərəfindən təxminən 55 min borcalan üzrə 3,5 milyard manatdan çox ipoteka krediti verilib".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, ipoteka kreditlərinin 78 faizi Bakı şəhərinin, 22 faizi isə respublikanın digər şəhər və rayonlarının payına düşüb:
"Qeyd edilməlidir ki, regionlarda fəaliyyət göstərən əhalinin ipoteka krediti vasitəsilə yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə fərdi qaydada məşğul olan sadələşdirilmiş vergi ödəyicilərinin də ipoteka kreditinə çıxış imkanları yaradılıb. Eyni zamanda, əhalinin elektron ipoteka sistemi vasitəsilə müvafiq müraciətləri əsasında müvəkkil banklar tərəfindən ipoteka kreditləri verilir. Bu zaman ipoteka krediti vasitəsilə alınacaq yaşayış sahəsinin yerləşməsi ilə bağlı hər hansı məhdudiyyət nəzərdə tutulmayıb".
Digər Xəbərlər

Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın addım atmasını gözləyir

"Maliyyə Nazirliyində geniş islahatlara başlanılıb" - Nazir

Sadələşdirilmiş vergi dövriyyəsinin 2 dəfə artırılması təklif olunur

Daha 12 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

5 ayda vətəndaşlara geri qaytarılan ƏDV-nin məbləği açıqlanıb

Azərbaycan neftinin qiyməti 72 dolları ötdü

Azərbaycanda vergi ödəyicilərinin əmlakları hərraca çıxarılacaq
