Azərbaycanda vergi ödəyicilərinin əmlakları hərraca çıxarılacaq

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) iyunun 24-də vergi ödəyicilərinin siyahıya alınmış əmlaklarının satışı üzrə hərrac keçirəcək.
Adalet.az bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq. Hərraca 5 daşınar əmlak çıxarılacaq. Bunlar, 2 avadanlıq və 3 nəqliyyat vasitəsidir.
Əmlakların start qiyməti 5 520 – 24 600 manatdır. Bunun 10 %-i beh kimi ödənilməlidir.
Sifarişlər iyunun 19-na qədər qəbul olunacaq.
Digər Xəbərlər

AZAL bəzi istiqamətlər üzrə uçuşların sayını artırır

Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın addım atmasını gözləyir

İpoteka kreditlərinin 78 faizi Bakının payına düşür
