adalet.az header logo
  • Bakı -°C
06 Aprel 2026 09:43
107
İDMAN
A- A+

"İnter" - "Roma" matçında "qol yağışı" - VİDEO

İtaliya A Seriyasının 31-ci turu çərçivəsində “İnter” və “Roma” komandaları arasında prinsipial qarşılaşma baş tutub.

Adalet.az  xəbər verir ki, Milandakı “Cuzeppe Meatza” stadionunda keçirilən oyun meydan sahiblərinin 5:2 hesablı möhtəşəm qələbəsi ilə yekunlaşıb.

Baş hakim Simone Sodzanın idarə etdiyi matçda hesabı artıq ikinci dəqiqədə “İnter”in hücumçusu Lautaro Martines açıb. Qonaqlar 40-cı dəqiqədə Canluka Mançininin qolu ilə tarazlığı bərpa etsələr də, ilk hissənin sonuna əlavə olunmuş vaxtda Hakan Çalhanoğlu milanlıları yenidən önə keçirib.

İkinci hissədə “İnter” üstünlüyünü daha da artırıb. 52-ci dəqiqədə Lautaro Martines dublunu rəsmiləşdirib, 55-ci dəqiqədə Markus Türam fərqi böyüdüb. 63-cü dəqiqədə Nikolo Barella hesabı 5:1 edərək oyunun taleyini həll edib. “Roma”nın yarımmüdafiəçisi Lorentso Pelleqrini 70-ci dəqiqədə fərqi azaldaraq matçda son nöqtəni qoyub.