adalet.az header logo
  • Bakı -°C
06 Aprel 2026 20:15
77
DÜNYA
A- A+

Hörmüz boğazının bağlanması qlobal iqtisadiyyata ağır zərbə vurur - Ərdoğan

Hörmüz boğazının bağlanması qlobal iqtisadiyyatı ciddi şəkildə sarsıdır.

Adalet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında bildirib.

O Hörmüz boğazının faktiki olaraq bağlandığını deyib:

"Hörmüz sadəcə adi keçid nöqtəsi deyil, dünyadakı neftin təxminən 20 faizinin və təbii qazın çox mühüm hissəsinin daşındığı əhəmiyyətli bir marşrutdur. Məsələ yalnız enerji ilə məhdudlaşmır. Petrokimya məhsulları, gübrələr, dərman xammalları və yarımkeçirici istehsalında istifadə olunan helium kimi bir çox strateji məhsul da bu boğazdan keçir.

Yəni Hörmüzün bağlanması təkcə bir sektora deyil, enerjidən kənd təsərrüfatına, sənayedən texnologiyaya qədər bütün sahələrdə qlobal iqtisadiyyatı ciddi şəkildə sarsıdır".