"İlham Əliyev Zəngəzura böyük önəm verir" - Ərdoğan

"Azərbaycan Prezidenti İlham Əliyev Zəngəzura böyük önəm verir. O, bu xətti tez bir zamanda hazırlayıb həm Azərbaycan, həm də bölgə üçün istifadə edib dəyərləndirmək istəyir. İnanıram ki, məsələni birlikdə həll edəcəyik".
Adalet.az xəbər verir ki, bunu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Şimali Kiprdən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.
Ərdoğan Zəngəzur dəhlizinin əhəmiyyətini vurğulayaraq deyib: "Zəngəzur dəhlizi təkcə Azərbaycan, Ermənistan və Türkiyə deyil, regionun digər ölkələrinə də fayda verəcək. Biz bu xəttin geoiqtisadi ölçüsünə görə də son dərəcə əhəmiyyətli olduğunu görürük.
Həqiqətən, bu xətt regionumuzdan kənarda bölgələri birləşdirəcək və ticarəti canlandıracaq. Əsas gözləntimiz budur ki, bu xətt fikir ayrılığı mənbəyi deyil, konsensus simvoluna çevriləcək. Bu, bölgəni əməkdaşlığın hökm sürdüyü çiçəklənən bir sahəyə çevirəcək. İnanıram ki, region ölkələri olaraq biz bu məsələni konsensus yolu ilə həll edə bilərik".
Digər Xəbərlər

Azərbaycan XİN Banqladeşə başsağlığı verib

“Əkinçi” Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rol oynayıb - ŞƏRH

İlham Əliyev Belçika Kralını təbrik edib

Ukraynalı jurnalistdən İlham Əliyevə hədiyyə - VİDEO + FOTO

Ərdoğan Azərbaycan xalqına və İlham Əliyevə təşəkkür etdi

Prezidentlə fotolarını paylaşaraq təşəkkür etdi - FOTOLAR

“Onun qısa müddətdə müharibələrə son qoyan bir adam olduğu aydın görünür”
