İlham Əliyev Şahbaz Şərifə ZƏNG ETDİ

Avqustun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifə zəng edib.
Adalet.az xəbər verir ki, telefon söhbəti zamanı Pakistanın Baş nazirinin ölkəmizə səfəri, Laçında ikitərəfli, həmçinin Azərbaycan-Türkiyə-Pakistan formatında keçirilmiş üçtərəfli görüşlər, eyni zamanda, onun İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi Sammitində iştirakı məmnunluqla xatırlanıb.
Prezident İlham Əliyevin ABŞ-a səfəri çərçivəsində imzalanmış sənədlərin, xüsusilə Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri tərəfindən ABŞ Prezidentinin şahidliyi ilə imzalanan bəyyanamənin və digər sənədlərin regionda davamlı sülhün, sabitliyin və çiçəklənmənin təmin olunması baxımından əhəmiyyətinə toxunulub, bu nəticələrin əldə edilməsində ABŞ Prezidenti Donald Trampın xüsusi rolu qeyd olunub.
Məhəmməd Şahbaz Şərif əldə olunmuş razılaşmaların önəmini vurğulayıb və Prezident İlham Əliyevə təbriklərini çatdırıb.
Telefon söhbəti əsnasında iqtisadi, enerji, ticari və sərmayələr sahələrində ikitərəfli əlaqələrin daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər

Tramp İlham Əliyev və Nikol Paşinyanla görüşündən VİDEO YAYIMLADI

NATO Azərbaycan və Ermənistanla sıx əməkdaşlığı davam etdirəcək

Vilayət Eyvazov Rusiyadakı iclasda iştirakdan İMTİNA ETDİ

Kavelaşvili: Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına töhfə verməyə davam edəcəyik

Azərbaycan və Gürcüstanla birlikdə regional təhlükəsizliyə töhfə verməkdəyik - Ərdoğan

Ceyhun Bayramov Mirzoyanla Birgə Bəyannaməni müzakirə etdi

"Bakı Ermənistan Konstitusiyasından düzəlişlər gözləyir" - Elçin Əmirbəyov
