12 Avqust 2025 19:08
114
SİYASƏT

Kavelaşvili: Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına töhfə verməyə davam edəcəyik

Gürcüstan Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına töhfə verməyə davam edəcək.

Adalet.az xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Cənubi Qafqazda sabitlik rəsmi Tbilisi üçün vacibdir.

Kavelaşvili Azərbaycanla Ermənistan arasında normallaşma prosesini dəstəklədiklərini bildirib.