İlham Əliyev: Azərbaycan regionda davamlı sülhə nail olmaq üçün öz səylərini qətiyyətlə davam etdirir

İşğal olunmuş ərazilərdə illər ərzində resursların qanunsuz istismarı, genişmiqyaslı korrupsiya və infrastrukturun məqsədli şəkildə dağıdılması hökm sürüb.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsinin - "GlobE Network"un altıncı plenar iclasının iştirakçılarına müraciətində deyilir.
Dövlət başçısı qeyd edib ki, işğala son qoyulması suverenliyin və ədalətin bərpası ilə yanaşı həmin ərazilərə həyatın qayıdışı ilə müşayiət olunan yeni bir mərhələnin başlanğıcı olub:
“Azad edilmiş torpaqların tərəqqi və sülhün hökm sürdüyü məkana çevrilməsi dövlət siyasətimizin əsas sütunlarından biridir. Azərbaycan bu gün də regionda davamlı sülh və sabitliyə nail olmaq üçün öz konstruktiv səylərini qətiyyətlə davam etdirir”.
Digər Xəbərlər

Millət vəkili Məşhur Məmmədov Masallıda seçicilərlə növbəti qəbul-görüşü keçirib

Numan Kurtulmuş Ədalət Vəliyevi qəbul etdi

"Prezident Əliyev həmişə bizim yanımızda olub" - Viktor Orban

"Dostum Viktor Orban həmişə dövlət və milli maraqlarını hər şeydən üstün tutub"

"Quru neft yataqlarında Macarıstan şirkəti fəaliyyətə başlayacaq" - Dövlət başçısı

İlham Əliyevdən sülh müqaviləsi ilə bağlı AÇIQLAMA

"Macarıstanla Azərbaycan arasında bir çox oxşarlıqlar var" - Prezident
