Numan Kurtulmuş Ədalət Vəliyevi qəbul etdi

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdədir.
Adalet.az xəbər verir ki, səfər çərçivəsində Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Ədalət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
TBMM sədri görüşdə Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksələn Türkiyə ilə Azərbaycan arasında ikitərəfli münasibətləri və əməkdaşlığı daha da inkişaf etdirmək istədiklərini bildirib və parlament diplomatiyasının bütün sahələrdə əlaqələrin möhkəmlənməsində xüsusi əhəmiyyət kəsb etdiyinə inandıqlarını vurğulayıb.
Numan Kurtulmuş həmçinin parlamentlərarası əməkdaşlıq mexanizmlərinin inkişafına xüsusi önəm verdiklərini də qeyd edib.
Digər Xəbərlər

Sahibə Qafarova İspaniya Deputatlar Konqresinin sədri ilə görüşüb - FOTOLAR

Parlamentin növbəti iclasının GÜNDƏLİYİ AÇIQLANDI

İlham Əliyev və Viktor Orban mətbuata birgə bəyanatla çıxış ediblər - FOTOLAR + YENİLƏNİB

İlham Əliyevin Viktor Orbanla geniş tərkibdə görüşü olub - FOTO - YENİLƏNİB

Millət vəkili Məşhur Məmmədov Masallıda seçicilərlə növbəti qəbul-görüşü keçirib

"Prezident Əliyev həmişə bizim yanımızda olub" - Viktor Orban

"Dostum Viktor Orban həmişə dövlət və milli maraqlarını hər şeydən üstün tutub"
