“Hraparak”: Ermənistan Prezidentinin səhhəti son həftələrdə pisləşib
Ermənistan Prezidenti Vaaqn Xaçaturyanın səhhəti son həftələrdə xeyli pisləşib.
Adalet.az xəbər verir ki, “Hraparak” qəzetinin məlumatına görə, Ermənistan Prezidenti 27 oktyabr terror aktının ildönümü ilə bağlı tədbirlərdə iştirak etməyib, o, həmçinin, Ermənistanda keçirilən COP-17 iqlim sammiti çərçivəsində bir sıra tədbirlərə qatılmayıb.
Bundan əlavə, onun himayəsi altında “The Prince Talal International Prize for Human Development 2025” mərasimi keçirildi, lakin Xaçaturyan bu tədbirdə də iştirak etməyib.
Eyni zamanda, dünən İspaniya Kraliçası və Səudiyyə Ərəbistanı şahzadəsindən təntənəli qəbulu zamanı da Ermənistan Prezidenti orada olmayıb.
“Bizim məlumatlara görə, o, nadir hallarda öz iqamətgahında olur. Xaçaturyan uzun müddətdir xəstədir. İnsanlar onun görünüşündə dəyişikliklər görməyə başlayıblar”, - nəşr yazır.
Qeyd edək ki, daha əvvəl mediada Ermənistan Prezidentinin onkoloji xəstəlikdən əziyyət çəkdiyi və ağciyərindən əməliyyat edildiyi barədə məlumatlar yayılıb.
Digər Xəbərlər
31 Oktyabr 2026 17:05
Zelenski Türkiyədədir
31 Oktyabr 2026 15:54
Sərhəd tanımadan cavab verilməlidir - Xamenei səssizliyini pozdu
31 Oktyabr 2026 11:34
Trampın komandası bölündü: İrana hücum, yoxsa danışıqlar?
31 Oktyabr 2026 11:25
İsrail müxalifəti baş nazirin birbaşa seçilməsi imkanını nəzərdən keçirir
31 Oktyabr 2026 11:13
Türkiyə ordusu şəhid verdi
31 Oktyabr 2026 11:07
İki zəhərli iynədən sağ çıxan edam məhkumu ilk dəfə danışdı
31 Oktyabr 2026 11:00
Səudiyyə Ərəbistanı 3 PUA-nı zərərsizləşdirib
31 Oktyabr 2026 10:56


Bakı -°C

