Hörmüzdə hücuma məruz qalan tankerin ekipaj üzvləri xilas edildi
Omanın Hərbi Dəniz Qüvvələri Dəniz Təhlükəsizliyi Mərkəzi ilə koordinasiyalı şəkildə Hörmüz boğazında hücuma məruz qalan tankerin 25 ekipaj üzvünü təxliyə edib.
Adalet.az xəbər verir ki, bu barədə Oman Müdafiə Nazirliyi məlumat yayıb.
“Omаnın Hərbi Dəniz Qüvvələri Dəniz Təhlükəsizliyi Mərkəzi ilə əməkdaşlıq çərçivəsində hücum nəticəsində göyərtəsində yanğın baş verən Panama Respublikasının bayrağı altında üzən ticarət gəmisinin 25 ekipaj üzvünü təxliyə edib”, – deyə bəyanatda bildirilib.
Hadisə Oman əyaləti olan Müsəndəm sahillərindən 10,6 dəniz mili (təxminən 20 kilometr) aralıda baş verib. Dənizçilərə zəruri tibbi yardım göstərilib.
Bundan əvvəl Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzi (UKMTO) Hörmüz boğazından çıxarkən tankerə hücum edildiyi barədə məlumat yayıb. Mərkəzin məlumatına görə, oktyabrın 29-da bir qayıq gəminin sol bortuna yaxınlaşaraq gövdəsinə iki partlayıcı qurğu yerləşdirib. Partlayış və mühərrik bölməsində baş verən yanğın nəticəsində tanker müvəqqəti olaraq hərəkət qabiliyyətini itirib.
Digər Xəbərlər
31 Oktyabr 2026 17:05
Zelenski Türkiyədədir
31 Oktyabr 2026 15:54
Sərhəd tanımadan cavab verilməlidir - Xamenei səssizliyini pozdu
31 Oktyabr 2026 11:34
Trampın komandası bölündü: İrana hücum, yoxsa danışıqlar?
31 Oktyabr 2026 11:25
İsrail müxalifəti baş nazirin birbaşa seçilməsi imkanını nəzərdən keçirir
31 Oktyabr 2026 11:13
Türkiyə ordusu şəhid verdi
31 Oktyabr 2026 11:07
İki zəhərli iynədən sağ çıxan edam məhkumu ilk dəfə danışdı
31 Oktyabr 2026 11:00
Səudiyyə Ərəbistanı 3 PUA-nı zərərsizləşdirib
31 Oktyabr 2026 10:56


Bakı -°C

