Hər ilin mayında Şuşanın eks "meri"nin nostalji"si qalxır:"Əsl sahib biz idik..."
jpg-1746089949.jpg)
Yəqin ki, Qarabağın işğalı zamanı Şuşa şəhərinə merlik edən Artsvik Sarkisyanı bir çoxunuz tanıyırsınız...
Şuşa ilə Fransanın Sent-Etyen şəhəri arasında birgə əməkdaşlıq haqqında saziş imzalananda, Şuşa şəhərinin separatçı eks "meri" Artsvik Sarkisyan sənədə imza atmışdı. "Sent-Eyten -Şuşa" qardaşlaşmışdı. Təşəbbüs də bu sepatçı idi.
Qarabağdakı qələbəmiz bu xəstə təxəyyüllü separatçıya o qədər ağır təsir edib ki, hazırda danışdığı cümlələrin də məntiqini nəinki özü heç ətrafındakılarda tuta bilmir.
Adalet.az xəbər verir ki, köhnə "mer"in yenə tutması tutub. Beləki o, 1992-ci illəri xatırlayaraq acı təəssüratlar içərisində bildirib ki, Şuşanın azad edilməsi erməni milləti üçün taleyüklü oldu; Azərbaycanlılar toplarını Şuşaya yerləşdirərək Xankəndi və ətraf kəndləri atəşə tuturdular. Məsələn, onlar Karin Taka (Daşaltı) dəfələrlə təkər fırladıb, daş atıblar, nəticədə 1992-ci il yanvarın 26-da kənd azad ediləndə məşhur qəhrəmanlıq döyüşü baş verib. (Daşaltı əməliyyatını nəzərdə tutur.-red-Ə.R.)
Şuşanın qələbəsi oldu, qələbəyə çatmaq üçün itkilərimiz, qurbanlarımız, yaralılarımız oldu və bunun üçün oğullarımızı unutmağa haqqımız yoxdur. 30 il idi, işğaldan azad edilmiş Şuşada yaşayırdıq, 30 il idi, şəhər əsl sahibinin, ermənilərin əlindəydi. Şuşanın əsl erməni şəhəri olduğunu heç kim inkar edə bilməz. Bu, bütöv bir tarixdir. Onu necə keçmişimizdən silə bilərik?"
Əntiqə Rəşid
Digər Xəbərlər

FHN əhaliyə müraciət etdi

Kartdan oğurlanan pulla bağlı 1 saat ərzində məlumat vermək lazımdır - DİN rəsmisi açıqladı
jpg-1746185455.jpg)
Erməni bloggerdən Balasanyana "nokaut":"Sən və Vardanyan bir alətsiniz..."

Ötən ay sərhəddə silahlı insident olub, 2 nəfər zərərsizləşdirilib

Bu hallarda ailə başçısının ölümünə görə zərər tələb edilə bilər - Qərar

"2030-cu ildə suya tələbat 16 faiz artacaq" - Nazir müavini

AQTA: Qida təhlükəsizliyinin təmin edilməsinə dair yeni dövlət proqramı hazırlanır
