23 May 2025 11:35
116
SİYASƏT

"Hər bir müəllim özü psixoloq olmalıdır" Spiker

"Məktəblərdə psixologiya fənninin dərinləşməsinə ehtiyac var. Əsl psixologiyasına sahib olanlar buna cəlb edilməlidir".

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deputat Elnarə Akimova deyib.

O qeyd edib ki, kimya, texnologiya, biologiya, fizika müəllimləri psixologiya fənnini tədris etməli deyillər:

"Aydın məsələdir ki, bu heç bir nəticə verməyəcək. Məktəblərdə mütaliəsiz nəsil yetişir. Bu, böyük problemə çevrilməkdədir".

Spiker Sahibə Qafarova deputatına çıxışına cavab olaraq bildirib: "Düz deyirsiz, psixoloqlar lazımdır. Eyni zamanda hər bir müəllim özü psixoloq olmalıdır".