Hakan Fidan Ceyhun Bayramovu təbrik etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı aparılıb.
Bu barədə Adalet.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Türkiyə xarici işlər naziri Azərbaycan-Ermənistan liderlərinin Vaşinqton görüşü zamanı əldə edilmiş tarixi nailiyyətlər münasibətilə ölkəni səmimi qəlbdən təbrik edib.
Nazirlər əldə edilmiş razılaşmaların, Azərbaycan və Ermənistan liderləri tərəfindən, habelə şahid qismində ABŞ Prezidenti tərəfindən imzalanmış Birgə Bəyannamənin bölgədə sülh və sabitliyin təmin olunması üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
Sülh sazişinin paraflanmasının, habelə ATƏT-in Minsk Prosesi və aidiyyəti strukturların ləğvinə birgə çağırışın sülhə mühüm töhfə olduğu qeyd edilib. Nazirlər bu strukturların ləğvi barədə ATƏT qərarının tezliklə qəbul ediləcəyini gözlədiklərini bildiriblər.
Telefon danışığı zamanı həmçinin Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərindən irəli gələn məsələlər, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq müzakirə olunub.
Digər Xəbərlər

QARABAĞDAN AĞ EVƏ. HİMN BOYDA ADAM - Mirşahin Ağayev yazır

İlham Əliyev Ərdoğana ZƏNG ETDİ

"Birgə Bəyannaməyə dair üzərimizə düşənləri etməyə hazırıq" - ATƏT-dən bəyanat

Prezident sinqapurlu həmkarını təbrik etdi

"Bizə məlumat verilmişdi" - Hakan Fidandan sülhlə bağlı açıqlama

"Azərbaycanla Ermənistan arasında unikal saziş Trampın sayəsində imzalanıb" - Tokayev

"Ədalətli sülh bütün tərəflərin maraqlarına uyğundur" - Türkiyənin vitse-prezidenti
