"Bizə məlumat verilmişdi" - Hakan Fidandan sülhlə bağlı açıqlama

Azərbaycan torpaqları - Qarabağ bölgəsi təxminən 30 il Ermənistan işğalı altında qaldı.
Adalet.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Qahirədə misirli həmkarı ilə mətbuat konfransında deyib.
O bildirib ki, Azərbaycan qəhrəmancasına mübarizə ilə torpaqlarını işğaldan azad edib:
“Bizə əvvəldən məlumat verilmişdi, əldə edilən sülh vacibdir. Əlbəttə torpaqların işğaldan azad edilməsi bölgədəki dondurulmuş münaqişənin davamlı sülh müqaviləsi ilə sona çatmasını şərtləndirirdi. Tərəflər arasında uzun müddətdir müzakirələr gedirdi. Dünən Vaşinqtonda sülh sazişi paraflandı, sülh sazişinin imzalanmasını gözləyirik”.
Digər Xəbərlər

QARABAĞDAN AĞ EVƏ. HİMN BOYDA ADAM - Mirşahin Ağayev yazır

İlham Əliyev Ərdoğana ZƏNG ETDİ

"Birgə Bəyannaməyə dair üzərimizə düşənləri etməyə hazırıq" - ATƏT-dən bəyanat

Prezident sinqapurlu həmkarını təbrik etdi

"Azərbaycanla Ermənistan arasında unikal saziş Trampın sayəsində imzalanıb" - Tokayev

"Ədalətli sülh bütün tərəflərin maraqlarına uyğundur" - Türkiyənin vitse-prezidenti

Tarixi görüşün xülasəsi... - VİDEO
