"Gələn il həll olunacaq" - “AzTV”dən 26 milyonluq uyğunsuzluqla bağlı açıqlama
                            Xəbər verdiyimiz kimi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC üzrə dövlət vəsaitlərinin və digər əmlakın idarə olunmasının auditinin nəticələri açıqlanıb. Audit nəticəsində “AzTV”də 26 milyonluq uyğunsuzluq aşkarlanıb.
Adalet.az xəbər verir ki, məsələ ilə bağlı “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC açıqlama yayılıb.
Açıqlamada problemin gələn ilə qədər həll ediləcəyi deyilir: "Artıq bir neçə ildir ki, QSC-nin qonorar sistemindən tam imtinası və maaşların yalnız əməkhaqqı formasında ödənilməsi ilə bağlı Hesablama Palatası ilə müzakirələr aparılır. Prosesin çətin tərəfi odur ki, televiziya yarandığı gündən maaş və qonorar sistemi ilə işləyib və əməkdaşlar ortaya qoyduğu məhsulun sayına və keyfiyyətinə əsasən həm maaş, həm də qonorar alıblar. Qonorar sisteminin tamamilə yığışdırılması vahid və standart ödəniş sistemi yaradacaq ki, bu da məhsuldarlığa və işin keyfiyyətinə düşünürük ki, mənfi təsir edəcək. İstənilən halda, əmək münasibətlərinin düzgün tənzimlənməsi və qonorar sistemindən birdəfəlik imtina ilə bağlı məsələ gündəlikdədir və yaxın zamanlarda bu problem aradan qaldırılacaq. Bu arada, onu da əlavə edək ki, tam maaş sisteminə keçid prosesi ötən ildən başlayıb. QSC-də əməkdaşların sayını nəzərə alsaq məsələnin gələn il tam olaraq həll olunacağını söyləyə bilərik".
Digər Xəbərlər
        
        04 Noyabr 2025 16:53
    
    “Məhkəmə Ekspertizası” informasiya sistemi yaradıldı
        
        04 Noyabr 2025 16:47
    
    Pakistanda "ASAN xidmət" təcrübəsinin tətbiqinə dair Saziş təsdiqlənib
        
        04 Noyabr 2025 13:40
    
    Xankəndidə küçələrdən birinə Ənvər Paşanın adı verildi
        
        04 Noyabr 2025 13:01
    
    Leyla Əliyeva Avropa-Azərbaycan məktəbində - VİDEO
        
        04 Noyabr 2025 11:45
    
    "Böyük Qayıdış proqramının növbəti mərhələsini hazırlayırıq" - Sahil Babayev
        
        04 Noyabr 2025 11:41
    
    “AzTV”də 26 milyonluq uyğunsuzluq aşkarlanıb
        
        04 Noyabr 2025 11:30
    
    "Müasir ordu quruculuğu büdcə vasitəsilə hərbi gücün artırılmasını tələb edir" - Komitə sədri
        
        04 Noyabr 2025 11:20
    
    

                                Bakı -°C
                            
    
            
            
            
            
            