Fuad Nəcəfli: Naxçıvanda yerli gəlirlər artıb

Naxçıvanda 2022-ci ildə yerli gəlirlər büdcənin 31,78 faizini təşkil edirdisə, 2024-cü ilin sonuna bu göstərici 58,55 faizə yüksəlib.
Adalet.az xəbər verir ki, bunu Naxçıvanda keçirilən "Qlobal İnformasiya Mühiti və Media Trendləri" konfransı - "MEDİAFEST-2025"də çıxışı zamanı Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli deyib.
Səlahiyyətli nümayəndə qeyd edib ki, 2022-ci ilin icra göstəricilərinə nisbətən dotasiya istisna olmaqla büdcə daxilolmaları 2024-cü ildə 32 faiz artıb ki, bu da 198 milyon manata qarşı 262 milyon manat olub:
"Azərbaycan Respublikasının dövlət büdcəsindən muxtar respublikaya ayrılan dotasiya da mərhələli şəkildə azaldılıb. 2022-ci ilin göstəricilərinə nisbətən mərkəzi büdcədən ayrılmış dotasiyanın həcmi 425 milyon manatdan 185 milyon manata enib. Bu, 56 faiz azalma deməkdir. O cümlədən 107 milyon manat mərkəzi büdcəyə ötürülüb. Bununla da, cəmi iki il ərzində Naxçıvana ayrılan dotasiya azalıb ki, bu da ölkə büdcəsinə olan yükü əhəmiyyətli dərəcədə yüngülləşdirib".
O əlavə edib ki, 2024-cü il və 2025-ci ilin 4 ayında büdcə daxilolmaları (dotasiya istisna olmaqla) plana nisbətdə müvafiq olaraq 37 faiz və 30 faiz çox icra edilib. Büdcə xərcləri plana nisbətdə 2024-cü ildə 88 faiz, cari ilin 4 ayında 87 faiz icra olunub.
Digər Xəbərlər

Ermənistan iqtisadiyyatında baş verən şişirtmələr kimlərə hesablanıb

Azərbaycan nefti ucuzlaşdı

Bakıda tikinti işləri üzrə göstəricilər açıqlandı

Azərbaycan nefti bahalaşdı

Laçın hava limanının hansı üstünlükləri olacaq? - AÇIQLAMA

Azərbaycanda elektrik və hibrid mühərrikli avtomobillərin sayı açıqlanıb

Azərbaycanda unun topdansatış qiymətləri açıqlandı
