Azərbaycan və Pakistan XİN başçıları ECO Zirvəsinin təfərrüatlarını müzakirə ediblər

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov pakistanlı həmkarı Məhəmməd İshaq Darla Xankəndidə keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvəsini müzakirə edib.
Adalet.az xəbər verir ki, bu barədə Pakistanın xarici siyasət idarəsinin mətbuat xidməti məlumat yayıb.
“Baş nazirin müavini – xarici işlər naziri, senator Məhəmməd İshaq Dar bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı aparıb”, – məlumatda qeyd olunub.
Bildirilib ki, telefon danışığı əsnasında Pakistanın baş diplomatı “bu həftənin əvvəlində Azərbaycana səfəri zamanı göstərilmiş səmimi qonaqpərvərliyə görə xarici işlər nazirinə təşəkkür edib”.
“Hər iki lider 2025-ci ilin iyul ayının əvvəlində Azərbaycanda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Zirvəsinin təfərrüatlarını, iştirakçılarını və mexanizmlərini müzakirə ediblər”, – press-relizdə diqqətə çatdırılıb.
Xatırladaq ki, ECO-nun 17-ci Zirvəsi 3-4 iyul tarixlərində Xankəndi şəhərində keçiriləcək.
Bizim Telegram kanalımıza abunə olun
Digər Xəbərlər

Prezident Pakistanın energetika nazirini qəbul etdi - YENİLƏNİB + FOTOLAR

İlham Əliyev Alparslan Bayraktarı qəbul etdi - YENİLƏNİB + FOTOLAR

İlham Əliyev İtaliya Prezidentini təbrik etdi

"Bizim yaşıl enerji gündəliyimiz çox genişdir"

"Azərbaycan sabit iqtisadi sistemə malikdir" - İlham Əliyev

“Əsrin müqaviləsi” regionda geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirdi - Dövlət başçısı

XİN: Azərbaycan beynəlxalq ictimaiyyəti mina təhlükəsinə qarşı səylər göstərməyə çağırır
