FHN Ağdamda təlim keçirdi - VİDEO
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə “Azərpambıq ASK” MMC-nin Ağdam Pambıq İstehsalı və Tədarük Məntəqəsində yanğın-taktiki təlim keçirilib.
Adalet.az xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.
Bildirlib ki, təlimin keçirilməsində əsas məqsəd pambıq istehsalı və tədarükü məntəqəsində mümkün yanğınlar zamanı əraziyə cəlb olunan yanğından mühafizə bölmələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi və bu kimi obyektlərdə mümkün yanğınların söndürülməsi üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, habelə obyektin aidiyyəti heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.
Təlim zamanı pambıq istehsalı və tədarük məntəqəsində baş vermiş şərti yanğın yerinə operativ çatan FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Ağdam, Tərtər, Bərdə, və Ağcabədi rayon Yanğından Mühafizə hissələri tərəfindən “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatı yerinə yetirilib.
Təlimə ümumilikdə 44 nəfərdən ibarət şəxsi heyət və 5 ədəd texnika cəlb edilib.
Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.
Digər Xəbərlər
15 Sentyabr 2026 11:34
Müdafiə Nazirliyi çağırışçılara müraciət etdi
15 Sentyabr 2026 10:36
Səfirlik əməkdaşları Şəhidlər xiyabaında - FOTO
15 Sentyabr 2026 10:16
“Əhli Beytin vəhdət ənənəsində İmam Muhəmməd Baqirin rolu”
15 Sentyabr 2026 09:54
“15 sentyabrın paytaxt günü elan olunmasına ümid edirik”
15 Sentyabr 2026 00:01
Bakının işğaldan azad edilməsindən 108 il ötür
14 Sentyabr 2026 18:20
Bu yollarda tıxac var - SİYAHI
14 Sentyabr 2026 17:19
Bakının ictimai nəqliyyatında tarixi rekord: Sabahdan 2530 avtobus buraxılır
14 Sentyabr 2026 16:33


Bakı -°C

