Fahrettin Altun: Prezidentlər regional məsələləri müzakirə edəcək

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə iyunun 19-da ölkəmizə səfər edəcək.
Adalet.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun bildirib.
Onun sözlərinə görə, səfər çərçivəsində Türkiyə və Azərbaycan prezidentlərinin iştirakı ilə 2023-cü ilin fevral ayında baş vermiş zəlzələdən sonra Türkiyə və Azərbaycan tərəfindən Kahramanmaraşda “Azərbaycan Məhəlləsi” adıyla inşa edilən yaşayış kompleksinin açılışı olacaq.
Fahrettin Altun qeyd edib ki, səfər zamanı Türkiyə və Azərbaycan arasındakı münasibətlərlə yanaşı, aktual regional proseslər barədə də fikir mübadiləsinin aparılması nəzərdə tutulur.
Digər Xəbərlər

"“Azərbaycan” məhəlləsi bizim ən dəyərli layihələrimizdən biridir" - Ərdoğan

Azərbaycan hər zaman Türkiyənin, Türkiyə də hər zaman Azərbaycanın yanında olub

İlham Əliyev: Kahramanmaraşlılar sınmadılar, əyilmədilər
