“Facebook” və “Instagram”da reklamlardan bezənlərə yeni xidmət

“Meta” şirkəti Böyük Britaniyada “Facebook” və “Instagram” istifadəçilərinə reklamsız abunə xidməti təklif edəcək. Yeni xidmətin yaxın həftələrdə istifadəyə verilməsi planlaşdırılır.
Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, abunə haqqı veb versiya üçün aylıq 2,99 funt sterlinq, mobil tətbiqlər vasitəsilə qoşulma halında isə 3,99 funt sterlinq təşkil edəcək.
İstifadəçilər iki variant arasında seçim edə biləcəklər: ya tətbiqlərdən əvvəlki kimi pulsuz istifadə etməklə reklamları izləməyə davam etmək, ya da ödənişli abunəlik vasitəsilə reklamlardan azad olmaq. “Meta” şirkəti bildirib ki, ödənişli abunə xidmətindən istifadə edənlərin şəxsi məlumatları reklam məqsədləri üçün istifadə olunmayacaq.
Yeni sistem bütün 18 yaşdan yuxarı istifadəçiləri əhatə edəcək və şirkət hər bir istifadəçiyə bu seçimlə bağlı ayrıca bildiriş göndərəcəyini açıqlayıb.
Bu addım “Meta”nın son illərdə onlayn məxfilik və şəxsi məlumatların istifadəsi ilə bağlı yaşadığı hüquqi çəkişmələr fonunda atılıb. Reklamsız abunəlik, şirkətin istifadəçi məxfiliyinə dair yeni yanaşmasının bir hissəsi kimi qiymətləndirilir.
Digər Xəbərlər

"Bakcell" lotereyasında “Zeekr 001” üçün geri sayım başladı!

"Bakcell"in meqa lotereyasının qalibi bəlli oldu!

“Bakcell” “İnnovasiyalar və süni intellekt” konfransının əsas tərəfdaşı oldu - FOTOLAR

Bakcell 14 prestijli avtomobil və hədiyyələrlə bol lotereyaya başladı

“Bakcell”in baş icraçı direktoru “INMerge” İnnovasiya Sammitində çıxış etdi - FOTOLAR

Google on ildə ilk dəfə loqotipini YENİLƏDİ

“Bakcell” “INMerge” Sammitində ən son innovasiyalarla çıxış edir - FOTOLAR
