Ərdoğan Azərbaycanla imzalanmış üç sazişi TƏSDİQLƏDİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikası ilə müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutan üç ikitərəfli sazişi təsdiqləyib.
Adalet.az xəbər verir ki, sənədlər "Resmi Gazete"də dərc olunub.
Təsdiqlənən sazişlər sırasında turizm, su ehtiyatları və baytarlıq sahələrində əməkdaşlığı əhatə edən müqavilələr yer alıb.
"15 noyabr 2024-cü il tarixində Bakı şəhərində imzalanmış "Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq olunmasına, 244 saylı Qanunun 5-ci maddəsi və 9 saylı Prezident Fərmanının 2-ci və 3-cü maddələrinə əsasən qərar verilib", - deyə birinci sənəddə qeyd edilib.
9822 saylı qərarla isə 8 may 2024-cü il tarixində Ankara şəhərində imzalanmış "Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında su təsərrüfatı sahəsində Əməkdaşlıq Sazişi" təsdiq olunub.
Həmçinin, 19 fevral 2024-cü il tarixində Ankara şəhərində imzalanmış "Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş" də təsdiq edilib.
Digər Xəbərlər

Spiker Roma Papasının andiçmə mərasimində iştirak edəcək

Prezidentdən dövlət qulluqçuları ilə bağlı FƏRMAN

İlham Əliyevin Albaniyaya səfəri BAŞA ÇATDI

Prezidentin bugünkü görüşlərinin - Videoicmalı

"Azərbaycan tərəfdaşlar üçün Cənubi Qafqazda açar rolunu oynayır”

İlham Əliyevlə Paşinyan arasında maraqlı dialoq - VİDEO

Prezident Tiranada Paşinyanla görüşdü - YENİLƏNİB + VİDEO
