Əmirbəyov Brüsseldə Aİ-Ermənistan arasında sənədlə bağlı Azərbaycanın narahatlığını çatdırıb
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Belçika Krallığına işgüzar səfəri çərçivəsində Avropa Komissiyasının bir sıra rəsmiləri ilə görüşlər keçirib.
Adalet.az-ın məlumatına görə, görüşlər Avropa Komissiyasının Prezidentinin diplomatik müşaviri Saymon Mordü, Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibinin müavini və Avropa üzrə icraçı direktor Matti Maasikas və Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə baş direktorunun müavini Adrien Kirali ilə baş tutub.
Aİ rəsmiləri ilə görüşlərdə Azərbaycan – Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri, müzakirə olunan ikitərəfli sənədlər, regional nəqliyyat bağlantılarının formalaşdırılması və Azərbaycan və Ermənistan arasında sülh gündəliyi ətrafında fikir mübadiləsi aparılıb.
E.Əmirbəyov dekabrın əvvəlində qəbul olunmuş Aİ - Ermənistan Tərəfdaşlığı üzrə Strateji Gündəlik adlı sənədlə əlaqədar Azərbaycan tərəfinin ciddi narahatlığını onların diqqətinə çatdırıb, regiondakı mövcud reallığı əks etdirməyən və artıq tərəflər arasında müzakirə mövzusu olmayan məsələlərin süni şəkildə təkrar gündəliyə çıxarılması cəhdlərinin regional sülh gündəliyinə və Azərbaycan-Aİ münasibətlərinə zərər vuran addım kimi qiymətləndirib.
O, Ermənistan və Aİ-nin mövcud reallıqları əks etdirməyən bu zərərli müddəaların aradan qaldırılması istiqamətində konkret addımların atılacağı barədə ümid ifadə edib.
Səfər çərçivəsində Elçin Əmirbəyov Belçika Federal Parlamentinin Nümayəndələr Palatasının Sədri Piter de Ruver, Belçika Kralının Ofis rəhbərinin müavini və diplomatik müşaviri Piter Klaes, Belçika Baş nazirinin Ofisinin Xarici İşlər və Təhlükəsizlik üzrə Aparat rəhbəri Paskal Heyman və Belçika Xarici İşlər Nazirliyinin İkitərəfli Məsələlər üzrə Baş direktoru Birqit Stivens ilə geniş tərkibli görüşlər keçirib.
Görüşlər çərçivəsində Azərbaycan və Belçika arasında ikitərəfli münasibətlərin mühüm istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.
E.Əmirbəyov görüşlər zamanı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində atılan addımlar, Cənubi Qafqaz regionunda dayanıqlı sülhün təmin edilməsi üçün lazımi şərtlər və bu çərçivədə ölkəmiz tərəfindən aparılan ardıcıl siyasi xətt barədə tərəf müqabillərini məlumatlandırıb. O, həmçinin Avropa tərəfdaşlarını sülh quruculuğu prosesinə mümkün töhfələr barədə istiqamətləndirib.
Brüsselə səfəri zamanı E.Əmirbəyov NATO Baş katibinin müavin köməkçisi, NATO-nun Cənubi Qonşuluq üzrə Xüsusi Nümayəndəsi Xavyer Kolomina ilə də görüşüb.
Elçin Əmirbəyov NATO–Azərbaycan münasibətlərinin mövcud vəziyyəti və perspektivlərini müzakirə edib.
NATO-nun yüksək vəzifəli rəsmisi Azərbaycanın və onun rəhbərliyinin alyans tərəfindən tam şəkildə dəstəklənən sülh ruhunun möhkəmləndirilməsindəki rolunu yüksək qiymətləndirib.
Digər Xəbərlər
13 Dekabr 2025 18:40
"Zəngəzur dəhlizi eyni anda bir neçə strateji marşrutu birləşdirir" - Elçin Əmirbəyov
13 Dekabr 2025 10:00
Əliyevin liderliyi ilə çox vacib addımlar atılır - Türkiyə XİN
12 Dekabr 2025 15:09
Azərbaycan və Türkiyə qarşılıqlı hərbi təhlükəsizliyi möhkəmləndirəcək
12 Dekabr 2025 15:07
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı
12 Dekabr 2025 14:39
MSK yenidən formalaşdırılacaq? - Məzahir Pənahovdan açıqlama
12 Dekabr 2025 12:35
Türkiyə Milli Müdafiə Nazirliyi Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi
12 Dekabr 2025 11:23
Əli Əsədov: Türkmənistanın neytrallıq siyasətini yüksək qiymətləndiririk
12 Dekabr 2025 10:28


Bakı -°C

