Əli Əsədov Sadır Japarov ilə görüşüb -FOTO

Bu gün Baş nazir Əli Əsədov Bişkek şəhərinə işgüzar səfəri çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Baş nazirlərinin/Vitse-prezidentinin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə görüşündə iştirak edib.
Bu barədə Adalet.az-a Nazirlər Kabinetindən xəbər verilib.
Qırğızıstan Prezidenti Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Baş nazirlərinin/Vitse-prezidentinin ilk görüşünün iştirakçılarını salamlayıb.
Ə.Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Qırğız Respublikasının Prezidenti Sadır Japarova çatdırıb.
Baş nazir həmçinin Azərbaycan-Qırğızıstan strateji tərəfdaşlıq əlaqələrinin gündəliyində duran aktual məsələlərə toxunub.
Digər Xəbərlər

“ABŞ Nümayəndələr palatası sifarişli qərarlar qəbul edir” - Politoloq

Marta Kos: Azərbaycanın azad edilmiş ərazilərdə apardığı quruculuq işləri heyranedicidir

Milli Məclisdə Heydər Əliyev irsinə həsr olunan ictimai dinləmə keçiriləcək
