Elgünün ölümünə qədər qeydə alınmış kamera görüntülərinə baxılıb - VİDEO

"İbtidai araşdırmanın gedişində hadisə yerinə ilkin və təkrar baxışlar keçirilib. Mərhumun meyiti daxili və xarici müayinələrdən keçirilib. Mərhumun meyitindən və hadisə yerindən nümunələr götürülüb. Həmin nümunələr üzrə çoxsaylı ekspertizalar təyin edilib".
Adalet.az xəbər verir ki, bunu prokuror Sabir Musayev deyib. Onun sözlərinə görə, hadisə yerinə yaxın intervalda yerləşən ictimai iaşə obyektlərində quraşdırılmış müşahidə kameralarından və təhlükəsiz şəhər kameralarından müəyyən görüntülər götürülüb və həmin görüntülərə baxış keçirilib:
"Bundan başqa mərhumun yaxın münasibətdə olduğu şəxslərin dairəsi müəyyənləşdirilib", - deyə prokuror bildirib.
Digər Xəbərlər

10 kiloqram qızılı talayıb bataqlıqda gizlənən dəstə tutuldu - VİDEO

Sabirabadda DƏHŞƏT: 21 yaşlı oğlan yeniyetmə qızı öldürərək Kürə atdı - YENİLƏNİB

Naxçıvanda silsilə oğurluqlar edən şəxs saxlanıldı
