20 May 2025 10:39
173
KRİMİNAL

Avtobusda bıçaqla sərnişinləri hədələyən qadın saxlanıldı

Bakıda ictimai nəqliyyatda kəsici alətlə qeyri-adekvat hərəkətlər edən qadın saxlanılıb.

Bu barədə Adalet.az-a DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib.

Qeyd olunub ki, Bakıda ictimai nəqliyyatda kəsici alətlə qeyri-adekvat hərəkətlər edən 1957-ci il təvəllüdlü qadın polis əməkdaşları tərəfindən saxlanılıb. Onun sağlamlıq vəziyyəti nəzərə alınaraq barəsində qanunamüvafiq tədbirlər görülüb.