“Əl-Əhli” Asiya Çempionlar Liqasının qalibi olub

Asiya Çempionlar Liqasında 2024/2025 mövsümünün final matçı keçirilib.
Adalet.az xəbər verir ki, həlledici oyunda "Əl-Əhli" (Səudiyyə Ərəbistanı) ilə "Kavazaki Frontale" (Yaponiya) qarşılaşıb.
Ərəblər rəqibi üzərində 2:0 hesablı qələbəyə seviniblər.
Qeyd edək ki, "Əl-Əhli" tarixində ilk dəfə turnirin qalibi olub. Komanda bundan əvvəlki iki finalda titulsuz qalmışdı./apasport