""Əkinçi" qəzetinin fəaliyyətə başlaması həmin dövr üçün böyük fədakarlıq idi" -Rəşad Məcid

“Əkinçi” qəzetinin fəaliyyətə başlaması həmin dövr üçün böyük fədakarlıq idi”.
Adalet.az xəbər verir ki, bu fikirləri Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunmuş “Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” mövzusunda beynəlxalq konfransın açılış mərasimində Mətbuat Şurasının sədri Rəşad Məcid səsləndirib.
O bildirib ki, sovet dövründə Azərbaycan mətbuatı ana dilimizin qorunmasında mühüm rol oynayıb. Həmin dövrdə fəaliyyət göstərən “Kommunist”, “Azərbaycan gəncləri” kimi qəzetlərdə milli ideyalar öz əksini tapırdı. 1991-ci ildən sonra ölkəmizdə media orqanlarının sayı artmağa başladı. Azərbaycan mətbuatı tarixində ən əlamətdar hadisələrdən biri isə 1998-ci il avqustun 6-da baş verdi. Həmin gün Ümummilli Lider Heydər Əliyev “Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərman imzaladı. Bu, mətbuatın inkişafı istiqamətində mühüm addım oldu və sonrakı illərdə də ardıcıl fəaliyyət davam etdirildi.
“Bu gözəl ənənə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev hər zaman müstəqil dövlət üçün müstəqil medianın vacibliyini vurğulayır. Ölkəmizdə “Media haqqında” yeni qanunun qəbulu, Medianın İnkişafı Agentliyinin yaradılması da Prezidentin bu sahədə apardığı siyasətin nəticəsidir”, - deyə R.Məcid vurğulayıb.
Digər Xəbərlər

Natiq Məmmədlidən gənc jurnalistlərə çağırış

Elmir Vəlizadə: “Mediamız bədniyyətli qrupların da diqqət mərkəzindədir”

Fərid Osmanov: "Kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi ən aktual mövzulardan biridir"

Media nümayəndələri üçün kibertəhlükəsizlik mövzusunda təlim keçirilir - FOTOLAR

MEDİA-nın kollektivi Heydər Əliyevin məzarını ziyarət edib - FOTOLAR

MEDİA Özbəkistanın media nümayəndələri üçün təlim keçirib - FOTO

Hikmət Hacıyev media rəhbərləri ilə görüşdü - FOTOLAR
