Xanım sürücülər diqqətli olsa...
Bu gün ölkəmizdə xanım sürücülərin sayı- hesabı yoxdur. Əgər əvvələr tək- tük qadın sürücünü sükan arxasında görürdüksə, indi daha təəccübləmirik.
Ən azından ona görə ki, artıq onların avtomobillərin idarə etməsinə alışmışıq! Amma gəlin onunla razılaşaq ki, bir çox xanım sürücülər nəqliyyat vasitələrini idarə edərkən yol hərəkəti qaydalarını pozur, qəza şəraiti yaradır və hətta " avtoş" luq edirlər. Bu da cəmiyyət tərəfindən heç də birmənalı qarşılanmır.
Bəzi kişi sürücülər deyir ki, biz sükan arxasında qadınları görəndə ehtiyat edir, yol hərəkəti qaydalarını pozacaqlarını hiss edirik. Ona görə də onlardan uzaq durmağa çalışırıq . Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi polis mayoru Toğrul Nəsirli deyir ki, qadın və kişi sürücü anlayışı yoxdur. İntizamlı və intizamsız sürücülər var.
Bu qadın sürücü də ola bilər, kişi sürücü də! Elə qadın sürücü olur ki, nəqliyyat vasitəsini çox səliqəli idarə edir, yəni yol hərəkəti qaydalarına cıddi əməl edir və heç bir qanun pozuntusuna yol vermir. Ona görə də birmənalı demək olmaz ki, qadınlar avtomobilləri təhlükəli idarə edir. Başqa sözlə demiş olsaq, sükan arxasında hamı diqqətli olmalıdır, o cümlədən xanımlar! Və bir də mədəni sürücülər xanım sürücülərə hörmət yanaşır və çətin vəziyyətdə onlara yol verir. Belə olanda hər şey gözəl olur, qanunlar pozulmur, yol-nəqliyyat hadisələri az baş verir!!!
Emil FAİQOĞLU
Digər Xəbərlər
21 Aprel 2026 18:34
Kür və bəzi dağ çaylarında son vəziyyət
21 Aprel 2026 15:13
Qaz xətlərində və tüstü bacalarında müayinənin keçirilməsi Qaydası təsdiqləndi
21 Aprel 2026 13:50
Qırmızı Bazar qəsəbəsinə daha 17 ailə KÖÇDÜ
21 Aprel 2026 12:16
Deyirlər ki...
21 Aprel 2026 11:58
Qanunsuz parklanma yeri yaradıb sürücülərdən pul alınır - VİDEO
21 Aprel 2026 11:17
Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? - VİDEO
21 Aprel 2026 11:07
Bakının bu ərazisində tramvay şəbəkəsi yaradılır
21 Aprel 2026 10:34


Bakı -°C

