Vahid Novruzov teatr xadimləri ilə görüşdü - FOTOLAR

24 oktyabr 2025-ci il tarixdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə “2025-ci il – Konstitusiya və Suverenlik ili” çərçivəsində İqtisad elmləri doktoru, professor, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, Qərbi Azərbaycan İcması Nəzarət-Təftiş Komissiyasının sədri, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Bölməsinin həqiqi üzvü, Beynəlxalq Ekologiya Akademiyasının həqiqi üzvü, Asiya Elmlər Akademiyasının TK İdarə Heyətinin üzvü (ÇXR), Gürcüstan Mühasiblər, Auditorlar və Məsləhətçilər Cəmiyyətinin fəxri üzvü, Şöhrət ordenli Vahid Novruzovun teatr xadimləri ilə görüşü keçirilib.
“Konstitusiya və Suverenlik – milli mənəvi dəyərlər kontekstində” mövzusunda keçirilən görüşdə görkəmli sənət adamları, ziyalılar və media nümayəndələri iştirak ediblər.
Tədbir dövlət himni ilə başlayıb. Aparıcı, Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti, professor İlham Namiq Kamal qonaqları salamladıqdan sonra sözü İttifaq sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılova verib.
Hacı İsmayılov Azərbaycan Respublikasının Prezidenti, cənab ilham Əliyevin 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan olunması haqqında imzaladığı 28 dekabr 2024-cü il tarixli Sərancamdan, Ulu öndər Heydər Əliyevin memarı və qurucusu olduğu müstəqil Azərbaycanın keçmişindən və bu günündən danışıb.
Sonra söz Vahid Novruzova verilib. Vahid Novruzov tədbir iştirakçılarına “Konstitusiya və Suverenlik – milli mənəvi dəyərlər kontekstində” mövzusunu əhatə edən geniş məruzə təqdim edib, Azərbaycanın daxili və xarici siyasəti sahəsindəki uğurlar, Ulu öndər Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanın zəngin tarixi, ölkə Prezidenti, cənab İlham Əliyevin uğurlu siyasəti haqqında fikirlər səsləndirib.
Tədbirdə Ulu öndər Heydər Əliyevin və onun layiqli davamçısı İlham Əliyevin fəaliyyətini əks etdirən görüntülər nümayiş etdirilib.
Digər Xəbərlər
30 Oktyabr 2025 15:21 Qədimdən bu günə qədər gələn Türkiyə çörək irsi - FOTOLAR
30 Oktyabr 2025 08:26 Leyla Əliyeva "Hirkan" filminin təqdimatında
28 Oktyabr 2025 11:49 Leyla Əliyeva xalçaların toxunma prosesində iştirak etdi - VİDEO
27 Oktyabr 2025 14:05 Azərbaycan və Özbəkistanın milli teatrları əməkdaşlığa başlayır
27 Oktyabr 2025 11:28 Türkiyədən 4 kənd bu siyahıya daxil edildi
27 Oktyabr 2025 08:42 Tamaşaçıları düşündürən “Ana”
24 Oktyabr 2025 12:55 Cəbrayıl şəhərində "Zəfərin 5-ci ili: Böyük Qayıdışın addımları" fotosərgisi və "Bura mənim evimdir" filminin təqdimatı keçirilib
23 Oktyabr 2025 12:12 

Bakı -°C 












