Bakıda 66 kq narkotik dövriyyədən çıxarıldı - VİDEO

Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.
Bu barədə Adalet.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, nəticədə 66 kiloqram 325 qram narkotik vasitənin satışının qarşısı alınıb. Əməliyyat zamanı əvvəlcə 38 yaşlı Samir Səidov qeyd edilən cinayət əməlində şübhəli bilindiyi üçün saxlanılıb. Ondan 41 kiloqram 575 qram narkotik vasitə marixuana aşkarlanıb.
Qeyd edilib ki, İdarə əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı isə paytaxt ərazisində narkokuryerlik etməkdə şübhəli bilinən daha bir nəfər - 40 yaşlı Samil Qədiyev də saxlanılıb. Onun üzərindən, idarə etdiyi “Hyundai” markalı avtomobildən və yaşadığı evdən ümumilikdə 24 kiloqram 750 qram marixuana, eləcə də psixotrop tərkibli metadon həbləri aşkarlanıb.
Onların şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları ilə cinayət əlaqəsinə girərək narkotikləri qanunsuz yollarla əldə etdikləri və Bakı şəhərində satışını təşkil etməyi planlaşdırdıqları məlum olub.
Faktlarla bağlı Nizami RPİ-də cinayət işləri başlanılıb, araşdırma aparılır.
Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən fasiləsiz mübarizə davam etdirilir.
Digər Xəbərlər
30 Oktyabr 2025 10:34 Polis 25,2 kq narkotik aşkarlayıb
30 Oktyabr 2025 10:13 Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı
29 Oktyabr 2025 12:55 İnsanları BƏƏ, Kanada və Avropa ölkələrində işə düzəltmək adı ilə aldatdılar - VİDEO
27 Oktyabr 2025 11:57 

Bakı -°C 










