DTX xaricdə ələ keçirilən terrorçuları Azərbyacana gətirib

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) terrorçuluqla bağlı axtarışda olan şəxslər barəsində Bakı şəhəri Səbail rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçildiyi məlum olub.
Adalet.az xəbər verir ki, APA-nın əldə etdiyi məlumata görə, qeyd olunan şəxslər DTX tərəfindən terrorçuluğa qarşı həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ardıcıl şəkildə xarici ölkələrin ərazisində ələ keçirilərək Azərbaycana gətiriliblər.
Saxlanılan terrorçuların sayının çox olduğu bildirilir.
DTX-nin Mətbuat xidmətindən isə bildirilib ki, hazırda aidiyyəti məsələ ilə əlaqədar əməliyyat-istintaq tədbirləri davam etdirildiyindən yaxın vaxtlarda ictimaiyyətə bu barədə ətraflı məlumat veriləcəkdir.
Mövzunu diqqətdə saxlayırıq.
Digər Xəbərlər

Narkokuryerliyə cəlb olunan şəxs saxlanıldı - VİDEO

"Soyundurub videoya çəkdilər" - Bakıda kişini oğurlayıb üç gün işgəncə verdilər

Bakıda silah-sursat aşkarlandı

Naxçıvanda evdən 22 mindən çox pul oğurlandı

Bakıda avtoxuliqanlıq edən sürücülər həbs olundu - VİDEO

12 min manatlıq kommunikasiya naqillərini oğurlayanlar tutuldu

Həftəsonu kartlardan vətəndaşların 13 min manatı talanıb
