12 May 2025 11:35
201
KRİMİNAL

Bakıda silah-sursat aşkarlandı

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir. Növbəti profilaktik tədbirlər nəticəsində 3 nəfər könüllü olaraq 2 avtomat silahı, 1 tapança və 13 patronu polisə təhvil verib.

Adalet.az xəbər verir ki, həmçinin, paytaxtın ayrı-ayrı rayonlarında ümumilikdə 2 avtomat silahı, 1 tapança, 1 patron darağı və 8 patron polis əməkdaşları tərəfindən tapılaraq götürülüb.