DİN Yeni il ərəfəsində kiberdələduzluq hallarına qarşı xəbərdarlıq etdi
Son dövrlərdə sosial şəbəkələrdə, xüsusilə “TikTok” platformasında “onlayn mağaza” adı altında fəaliyyət göstərən ayrı-ayrı səhifələr vasitəsilə vətəndaşların aldadılması, əvvəlcədən ödəniş etdikdən sonra pul vəsaitlərinin mənimsənilməsi halları qeydə alınır.
DİN Mətbuat Xidmətindən Adalet.az-a bildirilib ki, bu cür səhifələr əsasən Yeni il ərəfəsində daha aktiv fəaliyyət göstərir, “xüsusi bayram endirimi”, “məhdud sayda məhsul”, “yalnız bu gün üçün kampaniya” kimi cəlbedici elan və paylaşımlar vasitəsilə vətəndaşların diqqətini cəlb etməyə çalışırlar. Sifariş qəbul edildikdən sonra isə məhsullar göndərilmir, səhifələr deaktiv edilir və ya vətəndaşlarla əlaqə tamamilə kəsilir.
Buna görə kiberdələduzluq hallarının qarşısının alınması və pul vəsaitlərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə aşağıdakılara riayət edilməsi vətəndaşlara tövsiyə edilir:
- Tanımadığınız, rəsmi qeydiyyatı və etibarlılığı şübhə doğuran səhifələr vasitəsilə alış-veriş etməyin;
- Məhsulu faktiki olaraq görmədən və satıcının etibarlılığından əmin olmadan təqdim edilən bank kartlarına əvvəlcədən pul köçürməyin;
- Şəxsi məlumatlarınızı, bank kartı rekvizitlərini, kartın üzərindəki CVV/CVC kodunu və birdəfəlik təsdiq şifrələrini üçüncü şəxslərlə paylaşmayın;
- Alış-veriş zamanı yalnız rəsmi sayt və platformalardan, ödəniş təhlükəsizliyi təmin olunan sistemlərdən istifadə edin.
Vətəndaşlardan sosial şəbəkələrdən istifadə zamanı daha diqqətli olmaları, şübhəli elan və səhifələrə qarşı ehtiyatlı davranmaları, qeyd olunan hallarla üzləşən şəxslərin dərhal polisə müraciət etmələri xahiş olunur.
Digər Xəbərlər
25 Dekabr 2025 12:39
Bu yolda hərəkət məhdudlaşdırılacaq - Sürücülərin nəzərinə!
25 Dekabr 2025 12:21
“Öhdəsinə düşənləri icra etməməklə Moskva durumu daha da gərginləşdirir...”
25 Dekabr 2025 12:07
Təyyarə qəzasında həlak olanların xatirəsi 1 dəqiqəlik sükutla yad olunub
25 Dekabr 2025 12:03
“Bu hadisədə Rusiyanın özünü azğın aparması insanlarda qıcıq doğurdu”
25 Dekabr 2025 11:56
"Rusiyanın Müdafiə nazirliyində "köstəbək" var"
25 Dekabr 2025 10:58
“İstərdim ki, işğaldan azad edilmiş şəhər və qəsəbələrimizin bərpasında bu amilə...”
25 Dekabr 2025 10:47
Mehriban Əliyeva AZAL təyyarəsi ilə bağlı paylaşım edib
25 Dekabr 2025 10:37


Bakı -°C

