DİN-dən pirotexniki vasitələrlə bağlı müraciət - VİDEO
Bayram günləri ərəfəsində yaşayış yerlərində, xüsusilə də çoxmənzilli binaların həyətində pirotexniki vasitələrdən istifadə vətəndaşların haqlı narazılığına səbəb olur. Bu məmulatlar əsasən yetkinlik yaşına çatmayan və azyaşlılar tərəfindən istifadə edilir, əksər hallarda isə bədbəxt hadisələrə səbəb olur.
DİN Mətbuat Xidmətindən Adalet.az-a bildirilib ki, pirotexniki, eləcə də yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı və tezalışan məmulatlar mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar siyahısına daxil edilib və qanunla satışı qadağandır. Aşkar olunduğu təqdirdə dərhal satışdan çıxarılır və həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülür.
Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, təhlükəsizlik standartlarına cavab verməyən bu kimi vasitələr insan sağlamlığına mənfi təsir göstərməklə yanaşı, tez alışan maddə olduqları üçün ətraf mühitə də ciddi ziyan vura bilər. Ona görə də hər kəsi məsuliyyətli davranışı ilə örnək olmağa çağırırıq.
Bayramımızın təhlükəsiz şəraitdə keçməsi üçün hamılıqla qaydalara əməl edək!
Digər Xəbərlər
25 Dekabr 2025 10:58
“İstərdim ki, işğaldan azad edilmiş şəhər və qəsəbələrimizin bərpasında bu amilə...”
25 Dekabr 2025 10:47
Mehriban Əliyeva AZAL təyyarəsi ilə bağlı paylaşım edib
25 Dekabr 2025 10:37
“Euronews” AZAL təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı məqalə dərc etdi
25 Dekabr 2025 10:25
"Atamı istəyirəm..." - Milli Qəhrəmanın qızı
25 Dekabr 2025 10:05
Prezidentdən AZAL təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı paylaşım
25 Dekabr 2025 10:00
DİN Yeni il ərəfəsində kiberdələduzluq hallarına qarşı xəbərdarlıq etdi
25 Dekabr 2025 09:35
Prezident: "Balaca Heydərin iki oğlu var" - VİDEO
24 Dekabr 2025 17:52


Bakı -°C

