Daha bir neçə ölkənin vətəndaşı Azərbaycana TƏXLİYƏ EDİLDİ

“Astara” dövlət sərhədindən buraxılış məntəqəsində təxliyə prosesi davam etdirilir.
Adalet.az xəbər verir ki, bu dəfə təxliyə olunanlar arasında Portuqaliya, Belçika, Cənubi Afrika, Çin, Türkiyə, İran, ABŞ və digər ölkələrin vətəndaşları yer alıb. Təxliyə prosesi əvvəlcədən müəyyən edilmiş sənəd və qayda tələblərinə uyğun şəkildə həyata keçirilib.
Yoxlamaların tamamlanmasından sonra onların ölkə ərazisində təhlükəsiz hərəkətini təmin etmək məqsədilə xüsusi nəqliyyat vasitələri ayrılıb və təxliyə edilən qrup Bakı istiqamətində yola salınıb.
Qeyd edək ki, bəzi xarici ölkələr Azərbaycan hökumətinə müraciət edərək, İranda olan vətəndaşlarının təxliyəsi üçün Azərbaycanın ərazisindən tranzit keçid şəraitində öz ölkələrinə qayıtmasına yardım göstərilməsini xahiş ediblər.
Digər Xəbərlər

Bu avtobusların hərəkət sxemi dəyişdirilir

İlham Əliyevin beynəlxalq konfransın iştirakçılarına müraciəti BMT sənədi kimi yayılıb

İlham Əliyev bu şəxsləri təltif etdi - SİYAHI

Prezident DTX-nin saxladığı icra başçısını işdən çıxardı

Azərbaycanda dövlət qulluqçularının sayı açıqlandı

Süni torpaq sahələrində kazino oyunlarının təşkilinin hüquqi əsasları müəyyənləşir

Polis əməkdaşlarının sosial müdafiəsi gücləndirilir
