Balaca Raula dəstək olaq! - FOTOLAR
4 yaşlı Raul anadangəlmə böyrək hidronefrozu xəstəliyindən əziyyət çəkir. Bu xəstəlik böyrəkdə sidiyin normal axınının pozulmasına, böyrəyin genişlənməsinə və vaxtında müalicə olunmadıqda böyrək funksiyasının zədələnməsi riskinə səbəb olur. Atasının sözlərinə görə, o, artıq bir dəfə əməliyyat olunub. Qarşıdakı yanvar ayında olacaq ikinci əməliyyat üçün isə təxminən 2 000 manat vəsaitə ehtiyac var.
Bundan əlavə, Raul anadangəlmə beyninə qan sızması ilə doğulub. Hazırda beynində maye toplanması səbəbindən sərbəst və səlis hərəkət etməkdə çətinlik çəkir. Atası İbadət Cəbiyev bildirir ki, övladının müalicə və reabilitasiyası üçün hər ay 1 500–2 000 manat xərc tələb olunur.
"Vəziyyətimiz çox ağırdır. İmkanı çatan hər kəsdən övladıma dəstək olmağı xahiş edirəm", – deyə ata müraciət edir.
Cəbiyev ailəsinin bu çətin günlərində biganə qalmayaq. İmkanı olan hər kəsi balaca Raulun müalicəsinə dəstək olmağa çağırırıq.
Bank kartı: 4169 7388 4754 4446
Əlaqə: Raulun atası İbadət Cəbiyev – 055 578 49 58
Digər Xəbərlər
15 Sentyabr 2026 10:39
Uşağınız dərsə həvəsli deyil? – Psixoterapevtdən valideynlərə VACİB TÖVSİYƏ
15 Sentyabr 2026 10:38
Uşağınızı başqaları ilə müqayisə edirsiniz? – Psixoterapevtdən valideynlərə XƏBƏRDARLIQ
14 Sentyabr 2026 09:22
Bədəndə çoxlu xalınız varsa, buna diqqət edin
13 Sentyabr 2026 17:02


Bakı -°C

